Rüşvətlə mübarizə necə aparılmalıdır? – Tutmaqla iş bitmir...

Rüşvətlə mübarizə necə aparılmalıdır? – Tutmaqla iş bitmir...

Rüşvətlə mübarizə necə aparılmalıdır? – Tutmaqla iş bitmir...

Son iki gündə gündəmi zəbt edən bir məsələlərdən biri də dövlət qurumlarında rüşvət əleyhinə bağlı idarə sistemlərinin tətbiqi ilə bağlıdır. Həmin o idarəetmə sisteminin neqativ şəkildə Azərbaycan ictimaiyyətinə təqdim edilməsi həyata keçirilir.

Polemika.az-la fikirlərini bölüşən iqtisadçı ekspert Asif İbrahimli qeyd edib ki, Azərbaycanda uzun müddətdir ki, rüşvət əleyhinə idarəetmə ilə bağlı dövlət proqramı qəbul olunub:

“Bildiyiniz kimi, Azərbaycanda, artıq bir çox təşkilatlar var və uzun müddətdir ki, rüşvət əleyhinə idarəetmə ilə bağlı dövlət proqramı qəbul olunub. Beynəlxalq praktikada da bunun üsulları, metodları var. Rüşvətlə  həbslər və digər tədbirlər var. Bununla iş bitmir. Rüşvətlə mübarizə bir sistem məsələsidir, bir mexanizmdir. Bu mexanimzlər qurulmalıdır.

Dünya praktikasında da bu cür metologiyalar var. Onlardan biri olan “IT-3701” standartıdır ki, 2016-cı ildə Beynəlxalq Standartlaşma Təşkilatı tərəfindən dərc olunub. Həmin o standartın məqsədi odur ki, transmilli korporasiyalar, müəssisə və təşkilatlar, eləcə də dövlət qurumlarında rüşvətlə mübarizə ilə bağlı təlimatların, prosedurların, onların icraolunma mexanizmlərinin təkmilləşdirilməsinin həyata keçirilməsidir. Azərbaycanda da dövlət proqramı çərçivəsində bir çox qurumlarda bu standartın tətbiq edilməsinə, artıq start verilib”.

İqtisadçı əlavə edib: “Bir də görürsünüz ki, bizim özümüzə İcra Hakimiyyətləri belə müraciət edir. Artıq 6 dövlət qurumunda bu standartın tətbiq olunması həyata keçirilir. Bunun nəyi pisdir ki? Son 2 gündə neqativ bir hal kimi, bu məsələ Azərbaycan cəmiyyətinə təqdim olunur.

ƏƏSMN-in bütün qurumlarında rüşvət əleyhinə idarəetmə sistemlərinin tətbiqi həyata keçirilir. Bu tətbiqetmə prosesində həmin müəssisədə ümumi təhlil diaqnostikası aparılır, rüşvətlə mübarizə üsulları, prosedurlar, qaydalar, təlimatlar, mexanimzlər, onunla bağlı işçi formaları, bundan başqa bu mexanizmlərin təkmilləşdirilməsi istiqamətində təlimlər keçirilir. Sonda beynəlxalq akkreditasiya olunmuş orqan tərəfindən bu səpkili yoxlamalar başa çatdıqdan və rüşvətlə mübarizə hallarının effektivliyinin araşdırıldıqdan sonra sertifikat verilir ki, bəli, sizin idarəetmə sisteminiz rüşvət əleyhinə idarəetmə sistemlərinin tələblərinə uyğundur, yoxsa yox. Bunu bir növ sağlamlıq sertifikatı kimi də qiymətləndirmək olar”.

A. İbrahimli qeyd edib ki, atılan addımlar müsbətdir: “Yadınıza gəlirsə, bir dövr var idi ki, xarici pasportları alanda gecə saat 4-dən gedirdik pasportstola, növbədə dayanırdıq. Rüşvət halları orada çox idi. Xadimə tapırdılar ki, sənədlərini keçirsinlər. Mən adamlar görmüşəm ki, xadiməyə belə 100-150 manat rüşvət verirdilər ki, işlərini görsünlər.

İndi gedirsən “Asan Xidmət”ə işini görürsən. Xidmətlər tamam elektronlaşdırılıb, “DOST” xidməti, “Sosial Xidmətlər Agentliyi” yaradılıb. Bunların özünün hamısı rüşvətlə mübarizə yollarıdır. Avtomatik qaydadadır hər şey. Evdə oturursan, müraciətini göndərirsən, orada sənin müraciətinə baxılır”.

“Lisenziyalar hansı vəziyyətdə idi? İqtisadiyyat Nazirliyinin “Anti-İnhisar Agentliyi” yaradıldıqdan sonra elektron qaydada, artıq heç kəs, heç kəsi görmür, müraciətini sistem üzərindən həyata keçirirsən. Bunların özü hamısı rüşvətlə mübarizə üsullarıdır.

Bir daha təkrarlayıram, rüşvətlə mübarizə hansısa şəxsi həbs etmək deyil, sistem məsələsidir”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

 

Rüşvətlə mübarizə necə aparılmalıdır? – Tutmaqla iş bitmir...