Rüstəm Muradov muradına çatmadı 

Rüstəm Muradov muradına çatmadı 

Rüstəm Muradov muradına çatmadı 

Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş verən insident səbəbindən Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini Rüstəm Muradov məzuniyyətdən yarımçıq qayıdaraq iki ölkə arasında vasitəçilik etməyə başladı.  Bakıya əsir götürülən təxribatçıların dalınca gələn Muradovun İrəvana geri qayıdanda təyyarədə özü ilə yalnız baş leytenant Taron Saakyanın meyitini apardığı məlum olub. 

Bir sözlə, "ali" missiya ilə gələn general rəsmi Bakıdan umduğu "muradına" çatmayıb. 

“Polemika.az” Baku.TV-yə istinadən bildirir ki, nə kəramətdirsə, Muradov adətən Bakıdan İrəvana gedəndə Ermənistanda hamı rus generalın ələ keçirilən erməni təxribatçıları özü ilə apardığı xülyasına düşür. Ola bilər, Muradov Ermənistandakı dostlarına məsələni həll edəcəyini söz verib. Lakin xatırlamaqda fayda var ki, rəsmi Bakı əli azərbaycanlı qanına batan bütün cinayətkarları qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edib. Yəni cinayət törədənlər buradan əl-qolunu sallaya-sallaya, kiminsə müşayiəti ilə geri qayıda bilməzlər. 

Rus generalın Azərbaycandan əliboş qayıtması, bir daha sübut etdi ki, rəsmi Bakını öz prinsipial mövqeyindən heç kim, heç nə çəkindirə bilməz. Ermənistanın istər öz revanşist hərəkətləri, istərsə də himayədarlarının diktəsi ilə atdığı istənilən təxribat ordumuz tərəfindən qətiyyətlə alınacaq. Bunu hər kəs nə qədər tez başa düşsə, bir o qədər vəziyyətdən daha zərərsiz çıxar. 

Rüstəm Muradov muradına çatmadı