“Rusiyanın növbəti hədəfi Moldova olacaq” - Cümşüd Nuriyev

“Rusiyanın növbəti hədəfi Moldova olacaq” - Cümşüd Nuriyev

“Rusiyanın növbəti hədəfi Moldova olacaq” - Cümşüd Nuriyev

“Rusiya dünyanın ona olan münasibətindən daha da aqressivləşib və geri çəkilmək fikri yoxdur. Rusiya telekanallarında aparılan təbliğat, yəni dövlətin xətti ilə aparılan təbliğat onu göstərir ki, Rusiya Ukraynada olan bütün maraqlarına çatmayana qədər müharibəni dayandırmayacaq. Düzdür, Rusiya da umduğunu, planlaşdırdığını əldə edə bilmədi. Amma dünyanın belə dişsizliyi, beynəlxalq təşkilatların münasibəti bir növ Rusiyanı ruhlandırdı. Çünki Rusiya yeni imperiya ambisiyalarını gündəmə gətirib. Çox təəssüf ki, bugünədək dünyada özünü sülhün bərqərar olmasında bir aparıcı qurum kimi göstərməyə çalışan NATO məlum oldu ki, Rusiyanın qabağında heç bir şey etmək istəmir, daha doğrusu qorxur. Bunlar əsasən Üçüncü Dünya müharibəsindən qorxur”.

Polemika.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev deyib.

Politoloq qeyd edib ki, əgər NATO Rusiya kimi bir dövlətdən qorxursa, onda deməli, bu təşkilat heç nəyə yaramır:

“Ona görə də artıq 22 gündür müharibə gedir. Rusiya iqtisadi vəziyyətdə ağır səviyyədədir, defolt olmaq ərəfəsindədir. Amma maraqlısı odur ki, Putin iqtisadi vəziyyətlə inflyasiyanın olacağını etiraf edir, çətin olacağını etiraf edir. Amma digər tərəfdən uşaq pulu ayırır, bir tərəfdən pensiyaçıların məsələsini gündəmə gətirir. Başqa bir tərəfdən tikintini davam etdirməyi gündəmə gətirir. Yəni, dövlət əvvəlki səviyyədə olmasa da, dövlətin iqtisadi inkişafı üçün gələcəkdə bir şeyləri həyata keçirməkdən ötrü alt yapı ilə məşğuldur. Bu, təsadüfi deyil. Ondan başqa artıq Rusiya Çinlə razılaşdı. Bütün xarici hesablaşmaları ödənişləri yuanla həyata keçirəcək. Yuan da bilirsiniz ki, BMT tərəfindən qəbul olunmuş dünyanın altıncı ödəniş vasitəsidir. Yəni, Rusiya çətinlik çəkəcək, Rusiya iqtisadi cəhətdən çox ciddi problemlərlə üzləşəcək”.

C.Nuriyev onu da qeyd etdi ki, Rusiya daxildəki narazılığı da boğmağı bacardı: “Rusiya üçün sayılan “5-ci kolon” xaricilərdən alınan tapşırıqları icra edə bilmədi. Bu da xarici dövlətlərin apardığı siyasətin uğursuzluğuna dəlalət edir. Ümumillikdə, bu müharibə dayanmayacaq. Bu ayın axırına qədər Rusiya çalışacaq ki, Xarkovu, Kiyevi və Mariupolu işğal etsin. Rusiyanın əsas məqsədi Krımla birbaşa quru əlaqəsi yaratmaqdır. Yeganə orada onlara maneçilik törədən Mariupol qalıb. Azov dənizinə çıxışını bağlayandan sonra, Rusiya çalışacaq ki, Ukraynanın Qara dənizə çıxışı bağlansın”.

Rusiyanın növbəti hədəfinin Moldova olacağını bildirən politoloq əlavə edib ki, Moldovanın prezidenti Maria Saldonu da kimsə qızışdırıb: “Amma bu Moldova üçün çox böyük faciə ilə nəticələnəcək. O Predinostrovoyadan rus ordusunun çıxarılmasını tələb edir. Bu günə qədər bu məsələlərdə bir qədər bitərəf qalmışdı. Ancaq Qərb istəyir ki, yeni münaqişə ocağı yaratsın. Yəni, mən bədbin olsa da, analizmin nəticələrini demək istəyirəm. Moldova ola bilər ki, bir qədər sonra olsun, amma dünən Latviyada rus dilli əhalinin keçirdiyi mitinqlərdə irəli sürdüyü tələblər onu göstərir ki, Rusiya Kalinqirad vilayəti ilə quru əlaqəsi yaratmaqdan ötəri Latviyaya hücum edə bilər. Bu, istisna olunmur, bu artıq NATO-nun gücsüzlüyünü göstərir. Gürcüstan çox ağıllı hərəkət etdi. Rusiyanın sanksiyalarına qoşulmadı, bir növ Rusiyanı arxadan vurmadı. Ona görə inanmıram ki, Rusiya-Gürcüstan münasibətlərində hər hansı gərginlik olsun. Düzdür, Özbəkistan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və yardımın veriləcəyini gündəmə gətirdi. Özbəkistan güclü dövlətdir. Rusiyanın  hazırda  bir neçə cəbhədə vuruşmaq imkanı yoxdur. Amma Ukrayna nə qədər güclüdürsə, Moldovanı Rusiya üç günə bitirər. Moldova elə bil ki, özü bunu istəyir. Moldova da Qərbin siyasi qurbanına çevrilmək üzrədir”.

“Təəssüf ki, yaxın müddət ərzində müharibənin qurtaracağını gözləmirəm. Rusiya lazım olsa ilin sonuna kimi bu müharibəni sürdürəcək. Bu yolla da Ukraynanı bitirəcək. Çünki Ukraynada əkin sahələrini, torpaqları əkmək lazımdır. Bu, alınmayacaq. Çünki Ukrayna yaxın bir il ərzində taxıl, günəbaxan, qarğıdalı sata bilməyəcək. Ukrayna birmənalı şəkildə çökəcək. Rusiya özü ilə bərabər Ukraynanı da çökdürəcək. Rusiya və Ukrayna dünyada ilk taxıl ixracatçısıdır.Buna görə də dünya üçün də çox ciddi problemlər yaradacaqlar. Dünyada ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problemlər gündəmə gələcək. Rusiyanın törətdiyi bu əməllər təkcə Rusiya, Avropa İttifaqına və Qərbə deyil, həm də bir çox ölkələrə ciddi problemlər yaradacaq,”- deyə politoloq əlavə edib./Demokrat.az

“Rusiyanın növbəti hədəfi Moldova olacaq” - Cümşüd Nuriyev