Rusiyada xarici şirkətlərin milliləşdirilməsi gündəmə gətirildi

Rusiyada xarici şirkətlərin milliləşdirilməsi gündəmə gətirildi

Rusiyada xarici şirkətlərin milliləşdirilməsi gündəmə gətirildi

Rusiya milliləşdirmə üçün 59 şirkətin siyahısını hazırlayıb.

Polemika.az “İzvestiya”ya istinadla xəbər verir ki, gələcəkdə milliləşdirilə biləcək xarici şirkətlərin siyahısı hökumətə və Baş Prokurorluğa göndərilib.

“İctimai istehlakçı təşəbbüsü” təşkilatının hazırladığı siyahıya 59 şirkət var, lakin xarici bizneslərin yeni müraciətlərindən asılı olaraq genişlənəcək. Artıq "Volkswagen", "Apple", "IKEA", "Microsoft", "IBM", "Shell", "McDonald's", "Porsche", "Toyota", "H&M" və s. siyahıya daxil edilib.

Martın 9-da prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin bu məsələdə mövqeyi yoxdur. Eyni zamanda, o qeyd edib ki, hökumətin qərargahında sanksiyalara cavab vermək üçün bütün variantlar işlənir.

Rusiyada xarici şirkətlərin milliləşdirilməsi gündəmə gətirildi