Dünya
25 Yan 2021 12:50
Rusiyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır
Rusiyada koronavirusa yoluxanların sayı 3,73 milyonu keçib.
Yenisabah.az xəbər verir ki, ölkədə son sutka ərzində 19 290 nəfər virusa yoluxub, 456 nəfər həyatını itirib.
Bu günə qədər Rusiyada 3 738 690 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 69 918 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 150 763 şəxs virusdan sağalıb, 518 009 nəfərin müalicəsi isə davam edir.