Rusiyada “Facebook”a giriş bloklandı

Rusiyada “Facebook”a giriş bloklandı

Rusiyada “Facebook”a giriş bloklandı

Roskomnadzor Rusiyada “Facebook”a girişi bloklamaq qərarına gəlib.

Polemika.az xəbər verir ki, girişin məhdudlaşdırılmasına səbəb “Rusiya mediasına qarşı ayrı-seçkilik” olub. Tənzimləyicinin məlumatına görə, 2020-ci ilin oktyabr ayından indiyədək 26 belə hal qeydə alınıb.

“Son günlər sosial şəbəkə “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, Lenta.ru və Gazeta.ru informasiya resurslarının hesablarına girişi məhdudlaşdırıb”, - nazirliyin bəyanatında deyilir.

“Facebook”un hərəkətləri “Əsas insan hüquq və azadlıqlarının, Rusiya Federasiyası vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirak edən şəxslərə təsir tədbirləri haqqında” qanunu pozur”, - Roskomnadzordan bildirilib./Oxu.az

Rusiyada “Facebook”a giriş bloklandı