Dünya
21 Yan 2021 13:40
Rusiyada daha 612 nəfər koronavirusdan öldü
Rusiyada koronavirusa yoluxanların sayı 3,65 milyonu keçib.
Yenisabah.az xəbər verir ki, ölkədə son sutka ərzində 21 887 nəfər virusa yoluxub, 612 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 655 839 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 67 832 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 054 218 şəxs virusdan sağalıb, 533 789 nəfərin müalicəsi isə davam edir.