Rusiyada bir gündə 334 nəfər koronavirusdan öldü

Rusiyada bir gündə 334 nəfər koronavirusdan öldü
31 Okt 2020 12:10
20

Rusiyada son sutka ərzində daha 18 140 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.



Medicina.az xəbər verir ki, Operativ Qərargahın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 618 116 nəfərə çatıb.



Son sutka ərzində 334 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 27 990 nəfərə çatıb.



Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Oxşar xəbərlər