Rusiya Xocalıda 10 məşhuruna abidə qoydu: Əmlak Komitəsindən icazə aldımı? - Foto

Rusiya Xocalıda 10 məşhuruna abidə qoydu: Əmlak Komitəsindən icazə aldımı? - Foto

Rusiya Xocalıda 10 məşhuruna abidə qoydu: Əmlak Komitəsindən icazə aldımı? - Foto

"Bu gün Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb”. 

Polemika.az xəbər verir ki, bu, “Azadlıq” radiosunun erməni redaksiyasının “TASS”a istinadla yaydığı məlumatdandır. 

“Xiyabanın açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin  də iştirak edib”- xəbərdə belə deyilir.

Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsi əslində Xocalı rayonuna aid olan aeroportun yaxınlığındadır...

P.S. Bakıda, Şəkidə kasıb bir qarış yerdə bir koma qaraltmaq üçün müvafiq qurumlar, o cümlədən Əmlak Komitəsi yüz sənəd  istəyir,  yeri gələndə rüşvət də tələb edirlər... Bəzən bir şəhidə abidə qoyulması məsələsi yüz problemlə üzləşdirilir.  Bəs Azərbaycan torpağında  10 məşhuruna abidə qoyan Rusiya kimdən icazə alıb? Nazirlər Kabinetindən, yoxsa Əmlak Məsələləri Dövlət Komitəsindən,  Mədəniyyət Nazirliyindən, yoxsa Xocalı Rayon İcra Hakimiyyətindən?..

/Moderator.az

Rusiya Xocalıda 10 məşhuruna abidə qoydu: Əmlak Komitəsindən icazə aldımı? - Foto