Rusiya Azərbaycanla bağlı qadağanı ləğv etdi

Rusiya Azərbaycanla bağlı qadağanı ləğv etdi

Rusiya Azərbaycanla bağlı qadağanı ləğv etdi

Rusiya 8 ölkə ilə hava nəqliyyatına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Polemika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, COVID-19 ilə bağlı məhdudiyyətlər Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana müntəzəm, habelə qeyri-müntəzəm reyslərə şamil edilməyəcək.

Bundan əvvəl Belarus, Dominikan Respublikası, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Cənubi Koreya və Kubaya uçuşlara məhdudiyyətlər aradan qaldırılıb.

Rusiya Azərbaycanla bağlı qadağanı ləğv etdi