Ronaldu: "Dünya Çempionatına vəsiqə qazana bilməsək..."

Ronaldu: "Dünya Çempionatına vəsiqə qazana bilməsək..."

Ronaldu: "Dünya Çempionatına vəsiqə qazana bilməsək..."

"Qətərdəki Dünya Çempionatına vəsiqə qazana bilməsək, bizim üçün kədərli olacaq".

Polemika.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu deyib.

37 yaşlı hücumçu komandasının mundialda iştirak edə biləcəyinə inandığını söyləyib:

"Bizi 1-2 çətin qarşılaşma gözləyir. Türkiyə yığması ilə oyunumuz var. Onlara qalib gəlsək, finalda İtaliya ilə qarşılaşa bilərik. Marta hazır olacağıq. Həyat elədir ki, orada ideal ssenarilər yoxdur. Onlarla sən məşğul olmalısan".

Portuqaliya seçməsi DÇ-2022-yə vəsiqə qazanmaq üçün pley-offda mübarizə aparacaq. Komanda martın 24-də yarımfinalda Türkiyə ilə üz-üzə gələcək. Cütün qalibi həlledici görüşdə İtaliya - Şimali Makedoniya duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə baş tutacaq.

Ronaldu: "Dünya Çempionatına vəsiqə qazana bilməsək..."