Ronaldonun nişanlısı yeni "Netflix" realiti-şousunda

Ronaldonun nişanlısı yeni "Netflix" realiti-şousunda

Ronaldonun nişanlısı yeni "Netflix" realiti-şousunda

"Mançester Yunayted"in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes öz realiti-şousunun anonsunu verib.

Polemika.az xəbər verir ki, "Soy Georgina" adlı layihəsinin "Netflix"in ispan kanalında premyerası yanvarın 27-də, onun 28-ci ad günündə olacaq.

“Həyatımın ən heyrətamiz macəralarından birini mənimlə keçirdiyinə görə "Netflix"-ə təşəkkür edirəm. Realiti-şoumun premyerasını səbirsizliklə gözləyən bütün izləyicilərimə və dostlarıma təşəkkür edirəm. "Soy Georgina"-nı işə salmaq üçün ad günümdən daha yaxşı bir gün düşünə bilmirəm. Yanvarın 27-ni 190 ölkə ilə birlikdə qeyd edəcəyik. "Netflix"-də görüşənədək”, - deyə Georgina yazıb.

Şou baş qəhrəmanın sosial həyatı, ailə qayğısı və hamiləliyi necə birləşdirdiyini izah edəcək: 2022-ci ildə Corcina və Kriştiano yenidən valideyn olacaqlar: onlar əkizlər - oğlan və qız gözləyirlər.

Ronaldonun nişanlısı yeni "Netflix" realiti-şousunda