İdman
21 Fev 2021 15:25
Ronaldinyonun anası koronavirusdan vəfat etdi
Məşhur futbolçu Ronaldinyonun anası koronavirusdan vəfat edib.
Yenisabah.az xarici KİV-nə istinadən xəbər verir ki, bununla bağlı braziliyalı futbolçu özü sosial şəbəkədə paylaşım edib.
O qeyd edib ki, anası 2020-ci ilin dekabrında koronavirusa yoluxub. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilsə də, 71 yaşlı qadını xilas etmək mümkün olmayıb.