Romada Baydenin kortejinin avtomobili qəzaya uğradı

Romada Baydenin kortejinin avtomobili qəzaya uğradı

Romada Baydenin kortejinin avtomobili qəzaya uğradı

ABŞ prezidenti Co Baydenin kortejinə aid avtomobil qəzaya düşüb.

Polemika.az xəbər verir ki, hadisə Romada baş verib.

Ağ Evdən yayılan məlumata görə, qəza avtomobil Vatikandan Kvirinal sarayına yola düşərkən qeydə alınıb.

Bildirilib ki, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Qəzaya uğrayan avtomobildə konkret kimin olduğu isə açıqlanmayıb.

Qeyd edək ki, ABŞ prezidenti G20 sammitində iştirak etmək üçün İtaliyaya gəlib. O, artıq Roma Papası Fransisklə görüşüb./Oxu.az

Romada Baydenin kortejinin avtomobili qəzaya uğradı