Rihanna Milli Qəhrəman oldu

Rihanna Milli Qəhrəman oldu

Rihanna Milli Qəhrəman oldu

Rihannaya Barbadosun Milli Qəhrəmanı adı verilib.

Polemika.az xəbər verir ki, Barbadosun Baş naziri Mia Motli müğənnini təltif edib.

“Robin Rihanna Fenti, xalqımızın adından səni Barbadosun milli qəhrəmanı elan edirəm. Almaz kimi parlamağa və ölkəmizin fəxri olmağa davam et”, - deyə təltif mərasimində hökumət başçısı qeyd edib.

Fəxri ad müğənniyə Barbadosun müstəqilliyinin elan edilməsi mərasimində iştirakı zamanı təqdim olunub.

1988-ci ildə Barbadosda anadan olan Rihanna müğənnilik karyerasını davam etdirmək üçün 16 yaşında ABŞ-a köçüb.

 

Rihanna Milli Qəhrəman oldu