Mədəniyyət
21 Yan 2021 12:15
Reza Deqati Şəhidlər Xiyabanını ziyarət edib - Video
Dünyaca məşhur fransız fotoqraf, Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdıran Reza Deqati ötən gün Şəhidlər Xiyabanını ziyarət edib.
Yenisabah.az xəbər verir ki, bu zaman güneyli soydaşımız Yenicag.az-ın əməkdaşının suallarını cavablandırıb. O, məhz 20 Yanvar günü Bakıda olmaq üçün yanvarın 19-u Parisdən yola düşdüyünü bildirib.
Reza Deqati müsahibəsində şəhidlərin səfərdən sonra ilk dəfə belə qürurla anıldığını diqqətə çatdırıb.