Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi

Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi
31 Okt 2020 12:50
28

TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib.



TƏBİB-dən "Report"a bildirilib ki, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçmişdir.



İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında nevrocərrah kimi başlamış, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərmişdir.




Oxşar xəbərlər