Qəza zamanı hərbçilər niyə paraşütsüz olublar? - Polkovnikdən açıqlama

Qəza zamanı hərbçilər niyə paraşütsüz olublar?

Qəza zamanı hərbçilər niyə paraşütsüz olublar? - Polkovnikdən açıqlama

Bəzi sosial şəbəkə istifadəçiləri qəzaya uğramış helikopterdə ümumən 16 nəfərin olmasını düzgün hesab etməyərək, bunu hərbu təlimata zidd hesab ediblər. Onların fikrincə, bu sayda hərbçinin bir hava gəmisinə toplanması qəsdlidir.

“24 nəfərlik personal daşıyıcısı olan helikopterə 16 nəfərin minməsində təəccüblü nə var?!”

Bunu ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev Polemika.az-a açıqlamasında bildirib.

Onu sözlərinə görə, ümumiyyətlə, Dövlət Sərhəd Xidməti (DSX) hər zaman Səngəçaldakı aviabazadan Qaraheybət təlim mərkəzinə bu cür daşımalar həyata keçirib:

“Bu uçuş təlim planının bir hissəsi olub. Təlimdə iştirak edəcək bütün zabit və gizirlərin daşınmasını belə həyata keçirilir. Ona görə də, hərbçilərin, xüsusən də ixtisaslaşmış aviasiya zabitlərinin təlimə, hamını bir yerə yığmaqla, daşınmasında hansısa məkrli niyyət aramaq əbəsdir”. 

Ekspert bildirib ki, təlim məntəqsinə çatdıqdan sonra hərbçilərin hər biri öz ekipajları üçün bölünməliydi:

“Onlar hərbi təyyarələrdə döyüş tapşırıqlarını, təlim uçuşlarını və yaxud təlim-döyüş atışlarını və digər məsələləri həyata keçirməliydilər. “Mİ-17” helikopteri 24 nəfərlik personalı daşıya bilir. Yəni hadisə zamanı o, göyərtəsinə tutumundan artıq adam götürməyib”.

E. Şıxəliyev əlavə edib:

“Sual yaradan digər bir məsələ budur ki, niyə hərbçilər paraşütsüz olublar? Daşınma zamanı hərbçilərin paraşütlə təmin olunması nəzərdə tutulmur. Bu, əlbəttə, hərbi qaydaların pozulması anlamına gəlmir. Odur ki, helikopterin qəzasına sui-qəsd nəzəriyyəsi ilə yanaşmaq doğru deyil”.

Rafi MÜSLÜMOV

 

Qəza zamanı hərbçilər niyə paraşütsüz olublar? - Polkovnikdən açıqlama