Qonşuda koronavirus DƏHŞƏT SAÇIR: 6 351 yeni yoluxma

Qonşuda koronavirus DƏHŞƏT SAÇIR:

Qonşuda koronavirus DƏHŞƏT SAÇIR: 6 351 yeni yoluxma

Gürcüstanda son sutkada koronavirusa 6 351 yeni yoluxma faktı təsdiqlənib.

Polemika.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Məlumata əsasən, daha 3 043 nəfər müalicə olunaraq sağalıb, 27 pasiyent isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 021 943 nəfərdə aşkarlanıb. Onların 946 255-i sağalıb, 14 582-si isə dünyasını dəyişib.

Qonşuda koronavirus DƏHŞƏT SAÇIR: 6 351 yeni yoluxma