"Qolunuza brilyant taxanda bunun həsrətində olan xanımlar vardı" - Tolik əsəbləşdi

"Qolunuza brilyant taxanda bunun həsrətində olan xanımlar vardı"

"Qolunuza brilyant taxanda bunun həsrətində olan xanımlar vardı" - Tolik əsəbləşdi

Bir neçə gün əvvəl efirdə pulsuzluqdan gileylənən Əməkdar artist Firuzə İbadova və Gövhər Rzayevaya prodüser Tarix Əliyevdən (Tolik) cavab gecikməyib.

Polemika.az xəbər verir ki, “10-da görüşək" proqramında prodüser onların efirdə bu cür danışmasını sərt şəkildə qınayıb:

"Xalqın hesabına qazanmısınız, yığıb özünüzə 2 otaqlı ev ala bilmədiniz? "Pandemiyada qızıllarımı, brilyantımı satıb dolandım" deyir. Bəs, Əməkdar artist, qızılı olmayan nə etsin? Kasıb təbəqə nə etsin? Siz qızılı toylarımızdan, qız məclislərində ifa edib yığmısız. Dar günündə satılacaq nəyinizsə var. Yığmısınız... Siz əyyarlarla brilyant qolunuza taxanda, bunun həsrətində yaşayan xanımlar olub. Firuzə İbadova, Cavanşi müəllim Azərbaycanda ən bahalı avtomobillərlə tanınan sevilən müğənnidir”. 

"Qolunuza brilyant taxanda bunun həsrətində olan xanımlar vardı" - Tolik əsəbləşdi