Qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib

Qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib

Qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib.

Fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 34 185 789,50 manat xərclənib.

Tibbi xərclərin ödənilməsi üçün 12 613 948,01 manat, borc öhdəliklərinin qarşılanması üçün 5 687 318,37 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 707 530,51 manat sərf olunub.

Qeyd edək ki, indiyədək fondda 66 340 818,12 manat toplanıb. Vəsaitin 52 658 087,65 manatı xərclənib.

Vəsaitin qalığı isə 13 682 730,47 manatdır.(report)

Qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib