Hadisə
13 Yan 2021 20:30
Qazaxda ikimərtəbəli ev yandı
Qazaxda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.