"Qapıya zərbə vurmağa gücüm çatmayanda..." - Ronaldo karyerasını bitirir?

"Qapıya zərbə vurmağa gücüm çatmayanda..." - Ronaldo karyerasını bitirir?

"Qapıya zərbə vurmağa gücüm çatmayanda..." - Ronaldo karyerasını bitirir?

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo milli komandadakı karyerasını nə vaxt bitirəcəyi haqda sualı cavablandırıb.

Polemika.az xəbər verir ki, 36 yaşlı futbolçu bu haqda “Sky Sports”a açıqlama verib. O bildirib:

“Klub karyeramı uzatmaq üçün millidən getmək barədə düşünürəm? Niyə bu barədə düşünməliyəm? Hələ ki, bunun vaxtı deyil.

Bu məsələdə insanların nə istədiyi önəmli deyil, əsas mənim nə istədiyimdir. Yalnız qaça bilməyəcəyimi, driblinq edə bilməyəcəyimi, qapıya zərbə vurmağa gücüm qalmayacağını hiss edəndə...

Bütün bunlar hələ də məndə var. Buna görə də davam etmək istəyirəm. 

Motivasiya çox vacibdir. Ətrafınızdakılara - ailənizə, pərəstişkarlarınıza və özünüzə müsbət emosiyalar verərək işinizi görməlisiniz. Mən sadəcə böyümək istəyirəm.

Siz Portuqaliya millisindən danışırsınız, amma Çempionlar Liqasında ən çox qol vuran, ən çox qələbə qazanan, məhsuldar ötürmələri olan mənəm. Bu qədər. Amma davam etmək istəyirəm. Mən futbol oynamağı xoşlayıram. İnsanları sevindirmək xoşdur”.

Qeyd edək ki, 2003-cü ildən Portuqaliya millisində çıxış edən Ronaldo 182 oyuna 115 qol vurub. O, millidəki qol sayına görə dünya rekordçusudur.

Mehri Qurban 

"Qapıya zərbə vurmağa gücüm çatmayanda..." - Ronaldo karyerasını bitirir?