Qanunsuz silahlar müsadirə olundu

Qanunsuz silahlar müsadirə olundu

Qanunsuz silahlar müsadirə olundu

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib. 

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon sakini M.Cavadovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Şamaxı sakini S.Ağarəhimovdan bir ədəd müvafiq sənədləri olmayan “İj-18” markalı tüfəng götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

 

Qanunsuz silahlar müsadirə olundu