Putini kimdən qorxur? - "Başa düşür ki, hər an öldürülə bilər"

Putini kimdən qorxur? -  "Başa düşür ki, hər an öldürülə bilər"

Putini kimdən qorxur? - "Başa düşür ki, hər an öldürülə bilər"

“Ümumiyyətlə, bütün diktatorların həyatına hər zaman real təhlükə olur”.

Bu sözləri Polemika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, son dövlər Rusiya prezidenti Vladimir Putinin tənhalığa çəkilməsinə, o cümlədən ən yaxın ətrafı ilə canlı təmaslardan yayınmasının səbəbini belə izah edib.

“Həm də bu insanlar həmişə bu tip fobiyalar ilə yaşayırlar. Düşünürlər ki, onlara qarşı hər hansı bir təhlükə ola bilər. Xüsusən, indiki halda Putinin hərəkətləri milyarderlərə çox böyük ziyan vurub, iş adamlarının mənafeyini tapdalanıb. Beynəlxalq ictimaiyyətdə də özünə qarşı düşmənçilik və mənfi rəy yaradıb. Buna görə də, instinktlə də özünü qoruması mümkündür”.

ADP sədri Putinin hər kəsdən uzaqlaşmasını onu daxili fobiyaları ilə əlaqələndirib:

“Özünütəcrid onun daxili fobiyaları ilə bağlıdır. O da adamdır, Putin canavar deyil ki?! Başa düşür ki, hər an öldürülə bilər.

Məsələn, müharibə dövründə Adolf Hitlerə bir neçə dəfə sui-qəsd olmuşdu, eləcə də Stalinə. Dünyada elə bir diktator yoxdur ki, ona qarşı sui-qəsd planları olmasın. Putin bunu çox yaxşı bilir və özünü qorumaq məcburiyyətindədir. Çünki dünyanın düşdüyü indiki məqamda çox asan bir çıxış yolu var, o da Putini aradan qaldırmaqdır. Putini aradan qaldırmaqla hər şey aradan qalxmış olacaq.

Hətta deyirdim ki, ətrafındakı yüksək rütbəli zabitlər, eləcə də mühüm şəxslərin onu aradan qaldırması 100% olacaq. Hadisələrin bu cür axarla gedəcəyi təqdirdə qəsd qaçılmazdır. Çünki ruslar ya Putindən imtina etməlidir, ya da Rusiyadan”.

Rafi MÜSLÜMOV

Putini kimdən qorxur? - "Başa düşür ki, hər an öldürülə bilər"