Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirdi

Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirdi

Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirdi

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi əməliyyatın gedişatını müzakirə edib.

Polemika.az TASS-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Görüşdə mövcud beynəlxalq vəziyyət müzakirə edilib, Rusiya Silahlı Qüvvələrinin Ukraynada davam edən xüsusi əməliyyatı ilə bağlı fikir mübadiləsi davam etdirilib”, - deyə o bildirib.

"Prezident çoxsaylı beynəlxalq telefon əlaqələri barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb", - Peskov əlavə edib.

İclasda Baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri   Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, FTX rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, həmçinin Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirdi