Psixoloq: "Şəxsi tanısa, görər ki o hansı əziyyətlərə sinə gərib”

Psixoloq: "Şəxsi tanısa, görər ki o hansı əziyyətlərə sinə gərib”

Psixoloq: "Şəxsi tanısa, görər ki o hansı əziyyətlərə sinə gərib”

Müğənni Manaf Ağayevin Füzuli rayonun işğaldan azad edilmiş ərazilərinə icazəsiz səfəri onun 15 sutka həbsinə səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələrini bu hadisəyə münasibəti fərqlidir, amma əksəriyyət ifaçının hərəkətinə aqressiv rəy bildirir. 

Polemika.az-a açıqlamasında psixoloq Gülər Məmmədova bu aqressiyanın səbəbini insanların dai özünü kimlərləsə müqayisə etməsində görür.

Psixoloqun sözlərinə görə, insan özündə görmək istədiyini, başqasında görəndə bunu qəbul edə bilmir:

“Kimlərinsə həyatda tutduğu yeri zəif olur, əziyyət çəkib, nəyəsə nail ola bilmir. O zaman fikirləşir ki. niyə onda var, məndə yoxdur... Bu paxıllıq aqressiv fikirlər oyadır. Belə rəylər özünü şəxsiyyət olaraq ifadə edə bilməməyindən qaynaqlanır.

Bəzən insanlar heç nə etmədən pul qazanmaq istəyir. Məntiqlə düşünsələr ortaya çıxar ki, qibtə etdiyi insanın gecəsi-gündüzü olmayıb. Şəxsi tanısa, görər ki o hansı əziyyətlərə sinə gərib”.

Nəzrin Vahid 

 

Psixoloq: "Şəxsi tanısa, görər ki o hansı əziyyətlərə sinə gərib”