Psaki: "Rusiya təyyarələrini vurmalı olacağıq"

Psaki: "Rusiya təyyarələrini vurmalı olacağıq"

Psaki: "Rusiya təyyarələrini vurmalı olacağıq"

"ABŞ üçüncü dünya müharibəsinə başlamaq istəmir".

Polemika.az "Amerikanın səsi"nə istinadla xəbər verir ki, Ağ Evin sözçüsü bunu Cen Psaki bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı Ukrayna üzərində uçuşa qadağa zonası rejiminin yaradılmasına çağırıb.

Psaki qeyd edib ki, Vaşinqtonun imtinası ABŞ-ın milli təhlükəsizliyinin maraqları ilə bağlıdır:

“Əvvəlcə dediyimiz kimi: uçuşa qadağa zonası bizdən və NATO-dan Rusiya təyyarələrini potensial olaraq vurmağı tələb edəcək. Biz Üçüncü Dünya müharibəsinə qarışmaqda maraqlı deyilik”.

Psaki aydınlaşdırıb ki, ABŞ Ukraynada humanitar və hərbi uçuşa qadağan zonaları arasında fərq görmür, çünki hər iki variant münaqişənin daha da genişlənməsinə gətirib çıxaracaq.

Psaki: "Rusiya təyyarələrini vurmalı olacağıq"