Proqnoz: Sabah Bakıya sulu qar yağacaq

Proqnoz: Sabah Bakıya sulu qar yağacaq

Proqnoz: Sabah Bakıya sulu qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.  

Milli Hidrometeorologiya Xidmətindən “Polemika.az”a daxil olan xəbərə görə, 11-dən 12-nə keçən gecə bəzi ərazilərdə qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal  küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 4-7° isti, axşama doğru 3°-yə yaxın olacaq. Bakıda gecə və gündüz 4-6° isti, axşama doğru 3°-yə yaxın  olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757  mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Proqnoz: Sabah Bakıya sulu qar yağacaq