Hadisə
22 Fev 2021 19:40
Prokurorluq Tərtərdəki hadisə ilə bağlı məlumat yaydı
Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yenisabah.az xəbər verir ki, Tərtər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.