Prezidentə müraciətdən sonra şəhid ailəsi statusu aldı

Prezidentə müraciətdən sonra şəhid ailəsi statusu aldı

Prezidentə müraciətdən sonra şəhid ailəsi statusu aldı

Vətən müharibəsi şəhidi Dmitri Solnsevin ailə üzvlərinin şəhid ailəsi statusu ala bilmirdi.

Polemika.az xəbər verir ki, şəhidin bacısı Yuliya Solnseva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, imtina cavabı almışdı.

Onun sözlərinə görə, qardaşının başqa kimsəsi olmayıb, ərinin vəfatından sonra Dmitri onu və uşaqlarını himayə edib. İşsiz olan və şəkərli diabet xəstəliyindən əziyyət çəkən Y. Solnseva problemlərinin həlli ilə bağlı Prezidentə müraciət edib.

Artıq şəhid ailəsinin problemi həll olunub. Y. Solnseva aidiyyəti dövlət orqanlarının onunla əlaqə saxladığını və artıq bütün problemlərinin həll olunduğunu bildirib.

Şəhid bacısı ona göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Prezidentə müraciətdən sonra şəhid ailəsi statusu aldı