Prezidentin köməkçisi azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşdü

Prezidentin köməkçisi azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşdü

Prezidentin köməkçisi azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloqerlər və səyyahlarla görüşüb.

Polemika.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“Üç günlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloqerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Prezidentin köməkçisi azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşdü