Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi
29 Okt 2020 18:30
57

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alınır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Babək rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

59.3-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə əvəz edilsin.

59.4-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə əvəz edilsin.

59.17-ci sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəz edilsin.

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

Oxşar xəbərlər