Premyer liqa “nəhənglər“inin mövsümdə ilk dueli

Premyer liqa “nəhənglər“inin mövsümdə ilk dueli
20 Sen 2020 09:50
21
İngiltərə Premyer Liqasında 2-ci turun əsas qarşılaşması təbii ki, " Stemford Bridc"də keçiriləcək.

"Çelsi" və "Liverpul"un üz-üzə gəldiyi matç yeni mövsümdə EPL-də "nəhənglər"in ilk dueli olacaq. Məşqçilikdə elə böyük təcrübəsi olmayan " Çelsi"nin əfsanəsi Frank Lempardın" Liverpul"u zirvələrə daşıyan Yurgen Kloppun qarşısına necə komanda çıxaracağı maraq doğurur. Hər iki məşqçinin ixtiyarında ulduz futbolçular var. "Çelsi" də Loftus-Çik, Nqolo Kante, Jorjinyo kimi oyunçulara bu yay "Leypsiq"dən alınan Timo Verner də əlavə olunub. Bundesliqanın son bombardirinə" Çelsi" rəhbərliyi böyük ümid bəsləyir.

Son çempion "Liverpul" isə "qızıl heyət" i qoruyub saxlayıb: Henderson, Van Diyk, Viynaldum, Firmino, Mane və ilk turda het-trik edən "qol maşını" Salah.

Statistika "qırmızılar" ın xeyrinədir: tərəflər arasında indiyədək keçirilən 186 matçdan 79-da "Liverpul", 65-də isə "Çelsi" qalib gəlib. Bu rəqəmlərin kimin xeyrinə dəyişəcəyini axşam saat 19:30-da başlanacaq matç bitincə biləcəyik. Möhtəşəm qarşılaşmaya Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan Etopaz-da həm canlı, həm də "təkli" oyun olaraq mərc edə bilərsiz.

Etopaz.az - daha tez və daha asan qazanmaq imkanı!

Oxşar xəbərlər