Portuqaliya millisinin üzvü “Liverpul”da - Rəsmi

Portuqaliya millisinin üzvü “Liverpul”da -   Rəsmi
20 Sen 2020 00:35
63

“Liverpul” heyətinə yeni futbolçu cəlb edib.
 
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Vulverhempton”un yarımmüdafiəçisi Dioqo Jota ilə 5 illik müqavilə imzalanıb.
 
Portuqaliya yığmasının üzvü üçün 43 milyon avro ödənilib. 23 yaşlı hücumçu yeni komandasında “20” nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Jota geridə qalan mövsümdə “Vulverhempton”da 48 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər