Polis reyd keçirdi: Maska taxmayanlara cərimə yazıldı - VİDEO

Polis reyd keçirdi: Maska taxmayanlara cərimə yazıldı - VİDEO

Polis reyd keçirdi: Maska taxmayanlara cərimə yazıldı - VİDEO

Son dövrlər koronavirus infeksiyasının yayılmasının qarşının alınması istiqamətində dövlətimiz tərəfindən aparılan mübarizə tədbirlərinin nəticəsi olaraq yoluxma sayında ciddi azalmalar müşahidə olunur. Buna baxmayaraq əldə olunan müsbət dinamikanın qorunub saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumata görə, növbəti belə tədbir Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman maskalardan istifadə etməyin zəruriliyi barədə bir daha məlumatlandırıblar.

Profilaktik tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Yoxlamalar nəticəsində taksi fəaliyyəti ilə məşğul olan buna baxmayaraq tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb. Tərbir zamanı  sanitar-karantin qaydalarına əməl etməyən 36 şəxs barəsində inzibati protokol tərtib edilib.   

Qeyd edək ki, Sabunçu rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq polis əməkdaşları tərəfindən həyata keçiriləcək.

Polis reyd keçirdi: Maska taxmayanlara cərimə yazıldı - VİDEO