Peyvəndlər sonsuzluğa səbəb olur? - Rəsmi açıqlama

Peyvəndlər sonsuzluğa səbəb olur? - Rəsmi açıqlama

Peyvəndlər sonsuzluğa səbəb olur? - Rəsmi açıqlama

“Peyvəndlər tibbin ən böyük kəşflərindən biridir. XXI əsrdə peyvəndlərin faydası və əhəmiyyəti müzakirə mövzusu olmamalıdır”.

Polemika.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, Milli Peyvənd təqviminə əsasən, 11 növ xəstəliyə qarşı peyvəndləmə həyata keçirilir: “Pandemiya, xüsusilə karantin dövründə rutin immunizasiya və xroniki xəstəliklərin dövrü yoxlanışları ləngiməyə başladı. Bu da öz acı fəsadlarını vaxt keçdikcə göstərəcək. Hətta 1 nəfər peyvəndlənməmiş və peyvənd təqvimini ləngidən uşaq belə olsa, bu, ətrafdakı uşaqlar, istərsə də öz sağlamlığı üçün ciddi təhlükə törədə bilər”.

Nəzrin Mustafayeva COVID-19 virusuna yoluxub sağalanların da peyvənd olunmasının vacibliyinə toxunub: “Araşdırmalar göstərib ki, COVID-19 virusuna yoluxub sağalan şəxslərdə belə 4-cü aydan başlayaraq immunitet zəifləməyə başlayır. Bu şəxslərdə hətta bir doza peyvəndlə biz əvvəlki immuniteti bərpa edə bilirik”.

O, peyvəndlərin sonsuzluğa səbəb olması iddialarına da münasibət bildirib: “Onların uzun müddət istifadəsinə baxmayaraq, hər bir peyvənd baş verə biləcək əks təsirlər baxımından izlənilməkdədir. Sonsuzluğa bir çox səbəblər ola bilər. Bunların heç birinin peyvəndlə əlaqəsi yoxdur”. /APA

Peyvəndlər sonsuzluğa səbəb olur? - Rəsmi açıqlama