Peyvəd olunmayanların 32 faiz ölüm riski var

Peyvəd olunmayanların 32 faiz ölüm riski var

Peyvəd olunmayanların 32 faiz ölüm riski var

COVID-19-a qarşı peyvənd olunmayanların bu xəstəlikdən ölmək riksi tam vaksin olunmuşlardan 32 dəfə çoxdur. Yahoo News saytı yazır ki, yenicə aparılmış tədqiqatın nəticələri hər iki doza ilə vaksinlənmiş adamlarda ölüm faizinin sabit olaraq aşağı olduğunu göstərib.

Britaniyanın baş naziri Boris Conson Qlazqoda keçirilən iqlim sammitində jurnalistlərin suallarına cavab verərkən üçüncü doza və ya buster doza vaksinin vurulmasının çox mühüm olduğunu bildirib. O deyib ki, ilk iki dozanın təsiri müəyyən müddətdən sonra azalır.

Hazırda İngiltərədə buster dozasını istənilən tibb məntəqəsində çağırışsız vurdurmaq mümkündür. Bu həftənin əvvəlindən elan edilib ki, ikinci dozasının vurulmasından azı 6 ay keçən şəxslər ölkə boyunca açılmış yüzlərlə məntəqədə üçüncü dozanı da vurdura bilərlər.

Britaniya Səhiyyə Nazirliyi bildirib ki, əlavə olaraq İngiltərədəki 800 məktəbə tibb briqadaları göndəriləcək. Onlar 12-15 yaş arasında olan yeniyetmələrə vaksin təklif edəcəklər. Sentyabrın sonundan bəri İngiltərədə 600 min yeniyetmə vaksin olunub.

Britaniya Milli Statistika Ofisinin sifariş etdiyi yeni araşdırma vaksin olunmayanların ölüm riskinin tam peyvənd olunmuşlarla müqayisədə 32 dəfə çox olduğunu göstərib. Bu da qeyd olunur ki, sözü gedən rəqəm əhalinin yaş qrupları arasındakı struktur fərqi və əhali sayı nəzərə alınaraq çıxarılıb.

Məlumatda deyilir ki, İngiltərədə yanvarın 2-si ilə 24 sentyabr arasında COVID-19-dan vəfat edənlərin orta sayı hər 100 min nəfərə 849.7 nəfər olub. Müqayisə üçün bildirilir ki, ikinci vaksindən azı 21 gün sonra, peyvənd olunmuşlar arasında əhalinin hər 100 min nəfərinə 26.2 ölüm düşüb.

Birinci dozadan 21 gündən daha az müddətdə hər 100 min nəfərdən ölüm əmsalı 192.4, 21 gündən daha çox müddətdə isə 105.5 olub. Bu rəqəmləri şərh edən professor Piter İnqliş deyib ki, nəticə vaksinlərin COVID-19-a qarşı yüksək effektivliyə malik olduğunu göstərən mühüm mesajdır.

Bu həftənin əvvəlinə olan məlumata görə Britaniyada 45 milyon 697 min 856 nəfərə ikinci doza vaksin vurulub. Daha 8 milyon nəfər buster dozasını qəbul edib.

Peyvəd olunmayanların 32 faiz ölüm riski var