“Petrosyanın müsahibəsinin yayımı təsadüfi deyil, Paşinyan mesaj verir ki...” - Müsahibə

“Petrosyanın müsahibəsinin yayımı təsadüfi deyil, Paşinyan mesaj verir ki...” -

“Petrosyanın müsahibəsinin yayımı təsadüfi deyil, Paşinyan mesaj verir ki...” - Müsahibə

Polemika.az Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucla müsahibəni təqdim edir:

- Zahid müəllim, Armen Sərkisyan Qərb və Şərq arasında ilişib qalan bir obraz kimi xarakterizə edilirdi. Sizcə, onun siyasi meydandan çəkilməsində vacib rol oynayan amillər hansılar idi?

- Ermənistan və ermənilər gözümüzün qarşısında dəyişirlər. Həqiqətən də baş verən bütün bu böyük təfərrüatlar öz özlüyündə mexaniki bir hadisə deyil. Bu, birbaşa Vətən müharibəsinin nəticəsidir. Əgər, Azərbaycan Ordusunun parlaq zəfəri olmasaydı, Ali Baş Komandan və xalqımızın erməni milləti üzərində qələbəsi rəsmiləşməsəydi, uzun əsrlər boyu baş verən toqquşmalar və düşmənçilik məlum ssenari üzrə inkişaf etməkdə olacaqdı. Hal-hazırda nəinki keçmiş sovet məkanı, o cümlədən dünyada hərbi gərginlik məkanları həm coğrafiya, həm də şiddət dərəcəsinə görə artır. Lakin Azərbaycan Qarabağda Zəfər əldə etməklə regionda sülh və təhlükəsizliyinin yeni erasına başlamaq fürsətini açdı. Bunu İrəvanda özünü hakimiyyət rəhbərləri kimi səlahiyyətdə hiss edən qüvvələr arasında da məncə dərk edənlər olmaz. Əlbəttə, Armen Sərkisyan natura etibarı ilə həm Qərb, həm Şərq reallığını bilən bir insan kimi bütövlükdə sülh platformasının inkişafını istəyirdi. Onun realist mövqeləri vardı. Həm 44 günlük savaş dövründə, eləcə də ondan sonrakı müddətdə açıqlamalarını daha artıq dərəcədə kompramisə, anlaşmaya və digər məsələlərə yönəldirdi. Onun siyasi meydandan çəkilməsi (baxmayaraq ki, parlamentar model üçün səlahiyyətləri son dərəcədə məhdud idi, hər bir halda nominal funksiya sahibi kimi proseslərə müəyyən yön və dizayn vermə imkanında idi) o deməkdir ki, ermənilərdə bir rüşeym halında baş qaldıran bu sülh tərəfdarlarının mövqeyi öz qarşısından hələ daha çox qüvvələri təmizləməkdə olacaq.

- Bəzi siyasi şərhçilər Azərbaycanın Qələbəsini Ermənistan üçün tarixi şans kimi qiymətləndirirlər. Müharibədən sonrakı reallıq daha geniş anlamla necə izah oluna bilər?

- Əlbəttə ki, biz 8 Noyabrı yalnız Azərbaycan dövlətinin və türk dünyasının yox, bütövlükdə dünyada ədalət tərəfdarlarının qələbəsi hesab edirik. Ən çox da arzumuz bunun ermənilər tərəfindən dərk və qəbul edilməsidir. Çünki bu onların da xilasına kömək edəcək. Yüz illər ərzində azərbaycanlılara və türklərə qarşı, savaş məramını beynində saxlayacaqsansa bu sənin mövcudluğunu belə təhlükə altına alacaq. Axı yüz minlərlə erməni hal-hazırda Türkiyənin sərhədləri içərisində rahat yaşaya bilir. Onlar orada özlərinə böyük mövqe, iqtisadi, siyasi imkanlar əldə edib, parlamentdə yer alıb və s.

- Antalyada Azərbaycan, Türkiyə və Ermənistan arasında görüşlərin keçirilməsi gözlənilir. Gözləntiləriniz nələrdir?

- Hesab edirəm ki, Antalyada keçiriləcək görüşlər tək Türkiyə Davosu formatı deyil. Eləcə də bütövlükdə regionda Şuşa Bəyannaməsinin imzalanması ilə açılan və daha çox dövlətlərin Azərbaycan mərkəzli, nüvəsində bizim dövlətimizin yer aldığı xüsusi birliklərə, əməkdaşlıqlara platformalara can atdığının şahidi olmaqdayıq. Nə qədər qarşı tərəf bunu tez anlayacaqsa və əməl etmək üçün addımlar atacaqsa, bu işin faydasına olacaq. Bir neçə gün öncə sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın 1992-ci ildə Rusiya qəzetlərindən birinə verdiyi müsahibənin təkrar yayımlandığının şahidi olduq. Əlbəttə bunu təsadüfi saymaq olmaz. Şübhəsiz ki, ictimai rəyin hazırlanması baxımından Nikol Paşinyan ardıcıl mesajlar verməyə çalışır. Bu həm də 90-ci illərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlərini olduğunu qeyd edir. Qarabağın hansısa bir formada fərqli bir geopolitikası “dövlətçiliyi”, “müstəqilliyinin” onların özünün varlığına necə təhlükə törətdiyi başa düşülür. Ona görə də biz bu məsələdə ən çox reallıqları bilən bir tərəf kimi deyə bilərik ki, hamı üçün yaxşı olan odur ki, Qələbəmizin tanınması və gələcək dövr əməkdaşlığa gedən yolda birgə çalışmaq lazımdır. 29 min kv km ərazidə ermənilərə yaşamaq imkanı verilirsə, əhali və hərbi, siyasi resurslar baxımından bu onlar üçün böyük fürsətdir. Onu dəyərləndirsinlər. Yoxsa, 46 min kv km-ə gətirib çatdırmışdıq və onun içərisində isə zülmət qurulubsa, bu, heç kimə fayda verməyəcək./Teleqraf

“Petrosyanın müsahibəsinin yayımı təsadüfi deyil, Paşinyan mesaj verir ki...” - Müsahibə