Paşinyan: "Rusiyanın təklifi ilə razıyıq"

Paşinyan: "Rusiyanın təklifi ilə razıyıq"

Paşinyan: "Rusiyanın təklifi ilə razıyıq"

"Noyabrın 17-də Ermənistan Milli Məclisində hökumət saatı zamanı dedim ki, 2021-ci ilin may ayından Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı 3 təklif irəli sürüb və hər üçü bizim üçün məqbuldur".

Polemika.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.

“Dünənki bəyanatımdan sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi demarkasiya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib. Mən təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”.

Baş nazir müdafiə naziri Suren Papikyana müraciət edib:

“Xahiş edirəm, rusiyalı vəzifədaşınızla detalları dəqiqləşdirin və biz Rusiya Federasiyasının verdiyi təkliflər çərçivəsində və əsasında təklifləri həyata keçirməyə çalışacağıq”.

“Çox yaxşı”, - Papikyan Paşinyana cavab verib.

Paşinyan: "Rusiyanın təklifi ilə razıyıq"