Paşinyan partiya liderlərini topladı - 44 günlük müharibə müzakirə edildi

Paşinyan partiya liderlərini topladı - 44 günlük müharibə müzakirə edildi

Paşinyan partiya liderlərini topladı - 44 günlük müharibə müzakirə edildi

Oktyabrın 30-da Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə parlamentə daxil olmayan siyasi qüvvələrlə əməkdaşlıq üzrə məşvərət iclasının növbəti iclası keçirilib.

Polemika.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ermənistan Liberal Partiyasının lideri Samvel Babayan, mütərəqqi mərkəzçi "Alyans" partiyasının nümayəndəsi Tiqran Arzakantsyan, “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan, “Suveren Ermənistan” partiyasının lideri David Sanasaryan, Ermənistan Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan, Xristian Demokrat Partiyasının lideri Levon Şirinyan, “Vahid Vətən” partiyasının sədri Mher Terteryan, Mühafizəkarlar Partiyasının rəhbəri Mikael Ayrapetyan və “Hnçakyan” Sosial Demokrat Partiyasının İdarə Heyətinin rəhbəri Sedrak Açemyan iştirak ediblər.

Paşinyan qeyd edib ki, bu formatda dördüncü görüş keçirilir. “Düşünürəm ki, müzakirə platforması kimi buna böyük əhəmiyyət verdiyimizi deyə bilərik. Hazırda bizim konkret qərarımız var ki, 44 günlük müharibənin bütün hallarını araşdırmaq üçün istintaq komissiyasının işinə bu formatın 3 nümayəndəsi cəlb edilsin”, - deyə Baş nazir əlavə edib. 

O, həmçinin deyib ki, bu komissiyanın işinə yalnız hazırlıq işlərindən sonra başlanacaq.

/Redaktor.az

Paşinyan partiya liderlərini topladı - 44 günlük müharibə müzakirə edildi