Pandemiyanın daha bir fəsadı üzə çıxdı: Estetik əməliyyatlara maraq artıb
Pandemiya səbəbilə insanlar daha çox tək vaxt keçirdiklərinə görə, özlərində daha çox qüsur tapmağa başlayıblar.
Yenisabah.az xəbər verir ki, karantin bir tərəfdən insanlar arasında depresiyyanın artmasına gətirib çıxardısa, digər tərəfdən də onların xarici görünüşlərinə daha çox diqqət ayırmasına səbəb oldu. Belə ki, Türkiyəli həkimlərin açıqlamalarına görə, qonşu ölkədə koronavirus meydana çıxdığı vaxtdan etibarən estetik əməliyyatlara tələbat kəskin şəkildə artıb.
Türkiyəli professor Reha Yavuzer mətbuata açıqlamasında bildirib ki, xüsusilə almacıq sümüyünün çıxarılması, çənə və dodaq böyütmə, uz dartma əməliyyatları ilə bağlı müraciətlər daha da çoxalıb.
Estetik həkimi Hüseyn Tırman isə insanların yaşlanmağı özlərinə problem etməyə başladıqlarını vurğulayıb. O qeyd edib ki, klinikalara gələn xəstələrin sayında artım olmasa da, telefon və sosial şəbəkə vasitəsilə müraciət edənlər tələbin getdikcə artdığını göstərir.