“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq”  <font  color="red">  Prezidentlə MÜSAHİBƏ</font>

“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq” Prezidentlə MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir:


- Cənab Prezident, xoş gördük Sizi.


- Salam.


- Azərbaycanda bu gün həyata keçirilən sosial siyasətin tərkib hissələrindən biri də DOST mərkəzləridir.
Bu gün yeni DOST Mərkəzinin açılışında iştirak etdiniz. Ümumiyyətlə, Siz DOST mərkəzlərinin açılışını necə qiymətləndirirsiniz?


- Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.


Bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq. Eyni zamanda, burada iş yerləri yaradılır. Mənə verilən məlumata görə, bu DOST Mərkəzində 130-dan çox iş yeri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunur. Bütövlükdə 130-dan çox xidmətin göstərilməsi demək olar ki, sosial sahənin bütün xidmətlərini ehtiva edir. Beləliklə, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub. Eyni zamanda, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur.


-
Cənab Prezident, açılışında iştirak etdiyiniz DOST Mərkəzində digər mərkəzlərdə olduğu kimi, əməkdaşların mütləq əksəriyyəti gənclərdir. Siz tez-tez çıxışlarınızda gənclərin Azərbaycanın inkişafındakı rolunu xüsusi vurğulayırsınız. Ümumiyyətlə, Azərbaycanın bugünkü inkişafında gənclərin rolunu necə qiymətləndirirsiniz?


- Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST Mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək.


-
Cənab Prezident, son illərdə Azərbaycanda əhalinin sosial təminatı ilə bağlı dünyanın çox nadir ölkələrində rast gəlinən kompleks tədbirlər həyata keçirilir. Bu sahədə icra olunan layihələr barədə nə deyə bilərsiniz?


- Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. Bu sosial paketin əhatə dairəsi çox geniş idi – 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qaldırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Yəni, biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və dediyim kimi, 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.


Bu ilin əvvəlindən bu meyillər daha da güclənibdir. Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir. Ona görə bu sahədə bu il görülən işlər keçən il görülmüş işlərin məntiqi davamıdır. Bu ilin xüsusiyyəti ondadır ki, biz indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Artıq sirr deyil ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət göstərən insanlar işsiz qalmışdılar, işsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı əlbəttə ki, böyük maliyyə resursları tələb edir. Buna ünvanlı sosial yardım proqramını əlavə etsək, bu proqramla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir.


Eyni zamanda, ödənişli ictimai iş yerlərinin - 90 min iş yerinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Artıq biz bu proqramın bir hissəsini Dünya Bankı ilə birlikdə icra edirik. Yəni, bütövlükdə bu sahəyə ayrılan diqqəti və vəsaiti nəzərə alsaq, görərik ki, bu gün bizim üçün bu, prioritetdir və bu, belə də olmalıdır. Çünki pandemiyadan bütün dünya əziyyət çəkir, bütün ölkələr böyük çətinliklərlə üzləşiblər. İnkişaf etmiş ölkələrin bəzilərində iqtisadi tənəzzül 7-10 faiz səviyyəsindədir. Bu, hələ ilkin rəqəmlərdir. Azərbaycanda maliyyə sabitliyini qorumaq üçün bütün lazımi tədbirlər görüldü. Hər kəs bilməlidir ki, əgər maliyyə sabitliyi pozularsa, onda sosial proqramların icrasına da bizim imkanımız çatmayacaq.


Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.


- Cənab Prezident, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və innovasiyanın tətbiqi Sizin fəaliyyətinizin prioritet istiqamətlərindən biridir. Bu yaxınlarda CISCO şirkətinin rəhbərliyi ilə görüşdə də Sizin liderliyiniz və Azərbaycanda həyata keçirilən bu işlər çox yüksək qiymətləndirildi. İstərdik ki, bununla bağlı fikirlərinizi bölüşəsiniz.


- Bilirsiniz, bu sahə bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda geniş vüsət almağa başlamışdır. Xatırlayıram, biz kosmik sənayenin yaradılması ilə məşğul olmağa başlayanda bəziləri təəccüb edirdi, bəziləri düşünürdü ki, Azərbaycan o qədər də böyük ölkə deyil, - kosmik klub dünya miqyasında çox məhdud bir klubdur, - və Azərbaycan üçün orada özünə yer tapmaq çətin olacaq. Ancaq həyat göstərdi ki, biz düzgün yoldaydıq. Çünki kosmik sənayenin yaradılması, üç peykin orbitə çıxarılması təkcə iqtisadi və digər maraqlarımızı təmin etmir, eyni zamanda, bu, kadrların hazırlanması, gənc kadrların yeni texnologiyalara sahib çıxması baxımından da çox önəmli idi. Kadr hazırlığı olmadan müasir texnologiyalar heç bir ölkədə inkişaf edə bilməz. Ona görə biz həm dövlət resurslarımızı bu istiqamətə cəlb etdik və çox düzgün proqram tərtib etdik, həm də kadr hazırlığı ilə əlaqədar əməli-praktiki addımlara start verdik. Çünki bax, bu gözəl DOST Mərkəzinin timsalında görürük, əgər burada peşəkar kadr olmasa, bu Mərkəz fəaliyyət göstərə bilməz. Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır.


Ona görə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgün idi və CISCO şirkətinin rəhbərləri ilə videokonfrans çərçivəsində keçirdiyim görüş də bunu bir daha göstərdi. Biz təkcə CISCO şirkəti ilə əməkdaşlıq etmirik, biz demək olar ki, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. CISCO şirkəti ilə biz, deyə bilərəm ki, artıq strateji tərəfdaşlıq əlaqələrinə yaxınlaşırıq. Əlbəttə ki, onların təklif etdiyi intellektual məhsul bizim gələcək inkişafımıza çox lazımdır. Misal üçün, biz hazırda ağıllı şəhər – “Smart City” layihəsi üzərində işləyirik. Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq “Smart Nation” – yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir.


Pandemiya dövründə, özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Misal üçün, mənim görüşlərim, videokonfrans şəklində keçirdiyim Zirvə görüşləri müasir texnologiyalar olmadan mümkün deyil. Ona görə hazırda həm iqtisadi sahədə, həm təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində və digər sahələrdə, o cümlədən bizim su resurslarının nəzarəti, su balansının formalaşması və itkilərin azaldılması istiqamətində də məsələ qaldırıldı. Ona görə bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır. Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.


- Cənab Prezident, şəhid ailələrinin sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə kompleks şəkildə tədbirlər həyata keçirildi. İstərdik bu barədə fikirlərinizi bölüşəsiniz.


- Bu, daim diqqət mərkəzində olan məsələdir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilibdir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb -1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaqdır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir.


Bununla paralel olaraq, biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə. Bu günə qədər 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur. Deyə bilərəm ki, bu sahədə də Azərbaycan liderlik göstərir. Çünki dünyanın bir çox yerlərində müharibələr olub, münaqişələr, insan itkisi olub. Mən, əlbəttə, Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəməzdim, ancaq həqiqət ondan ibarətdir ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir.


İndi bir daha demək istəyirəm ki, heç kimlə müqayisə aparmaq istəmirəm, amma baxın, Ermənistanda müharibədə ölənlər olubdur. Onlara mənzil verilir? Onlara avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir. Amma biz bütün bu işləri görürük və görməliyik. Bu, bizim mənəvi borcumuzdur. Mənim şəhid ailələri ilə çoxsaylı görüşlərim əlbəttə ki, cəmiyyət üçün də, şəhid ailələri üçün də çox önəmlidir. Biz şəhidlərin ruhu qarşısında baş əyirik və öz işimizi təkcə sözlə yox, əməllə təsdiq etməliyik. Ona görə artıq 7600 şəhid ailəsinə verilən evlər, - bu il onların sayı 9 minə çatacaq,- bizim əməli işlərimizin gözəl nəticəsidir.


- Cənab Prezident, Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı görülən işlər və həyata keçiriləcək tədbirlər barədə nə deyə bilərsiniz?


- Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki, biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik.


Deyə bilərəm ki, səhiyyə sistemimizi qısa müddət ərzində yenidən qura bildik. Mən burada xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm. Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər. Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik. Ona görə biz artıq aprelin sonunda gördük ki, üç həftə ərzində dinamika müsbətdir, yoluxanların sayı sağalanların sayından azdır və biz yumşalma tədbirlərinə keçdik. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Ancaq bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq.


Bizdə hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, orada ancaq koronavirus xəstələri müalicə olunur - hazırda 19 xəstəxanada. Çünki indi bəzi xəstəxanalarda artıq xəstə qalmır. Ancaq 20-dən çox xəstəxana hazırdır, modul tipli 10 xəstəxananın inşası başlamışdır, birinin açılışında mən iştirak etmişəm. Bu da bizə əlavə 2000 yataq verəcəkdir. Bütün tibbi avadanlıq təmin edilib, süni tənəffüs aparatları gətizdirilib, reanimasiyada kifayət qədər boş yerlərimiz var, yataqlar kifayət qədərdir, karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir. Çünki xaricdən təxliyə edilən vətəndaşları biz iki həftə karantində saxlayırıq. Deməliyəm ki, 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib. Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıbdır : hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək. Ən çox təxliyə edilmiş vətəndaşlarımız Rusiyadan gəlib. Bu günə qədər Rusiyadan 6500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qaydada. Hər kəs öz adını qeydiyyata salmalıdır, xüsusi portal da - “Evə gedirəm” mövcuddur. Ona görə təxliyə işləri də mütəşəkkil qaydada aparılacaq.


Karantin şəraiti çox gözəldir və mən karantində qalanlardan da çoxsaylı məktublar alıram, onları dörd-beş ulduzlu otellərdə saxlayırıq. Biz özümüz indi tibbi maska, kombinezon, dezinfeksiya vasitələri istehsalına başlamışıq. Ona görə bu kompleks tədbirlər əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İndiki şəraitdə ki, artıq yumşalma prosesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir.


- Cənab Prezident, belə bir çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, Azərbaycan bir sıra xarici ölkələrə yardım da edir. İstərdik bu məsələ ilə də bağlı fikirlərinizi bildirəsiniz.


- Mən hesab edirəm ki, bu, bizim apardığımız siyasətin tərkib hissəsidir. Çünki xarici siyasətə gəldikdə, biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük. Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.


Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik – Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir.


Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik. Çünki mən demişəm, bu təsisatda bir çox ölkələr cəmləşir ki, bir-biri ilə yola getmir. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Nəyə görə? Çünki biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik. Yardım edəndə bunu elə formada edirik ki, bu, yardımı alan üçün də məqbul olsun və öz işimizi bu istiqamətdə davam etdirəcəyik.


Pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə, ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib.


- Cənab Prezident, suallarımızı ətraflı cavablandırdığınız üçün Sizə minnətdarıq, çox sağ olun.


- Sağ ol, təşəkkür edirəm. 

Related Posts

Xəbərlər

“Adam gərək dəli olsun oraya pul qoysun” – İlham Əliyev

05 Mart 2021 17:30

“Sürünməkdənsə, futbolu buraxmaq yaxşısıdır“ - Qarabağ“ın sabiq futbolçusu

05 Mart 2021 17:30

Yas mərasimi keçirənlər cərimələndi

05 Mart 2021 17:30

YAP icra katibliyi ləğv edildi

05 Mart 2021 17:15

“Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir” – Əliyevdən açıqlama 

05 Mart 2021 17:15

Hakim partiyanın yeni Proqramı hazırlanacaq

05 Mart 2021 17:05

Tatlısəsin toyu təxirə düşdü

05 Mart 2021 17:05

Bakıda yol idarəsi ağacların dibini asfaltladı

05 Mart 2021 17:05

YAP-da yeni struktur yaradıldı

05 Mart 2021 16:55

Həbsdə olan qazi azadlığa buraxıldı

05 Mart 2021 16:45

“Təhsil Nazirliyi bunu deməklə müəllimləri təhqir etdi“ - Etiraz

05 Mart 2021 16:45

Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi - SİYAHI

05 Mart 2021 16:30

İnanılmaz: Anasının cəsədini 4 ay evdə gizlətdi

05 Mart 2021 16:30

Azərbaycan İsraildə nə vaxt səfirlik açacaq? - Deputatdan açıqlama

05 Mart 2021 16:30

İranda təyyarə qaçırılmasına cəhd edildi

05 Mart 2021 16:20

Hava ilə bağlı xəbərdarlıq: Qar, yağış olacaq, yollar buz bağlayacaq

05 Mart 2021 16:20

Yoluxma artsa qonaq getmək məsələsində də say limiti qoyula bilər - RƏY

05 Mart 2021 16:10

Mübariz Mənsimova beş il cəza verildi

05 Mart 2021 16:10

İlqar Məmmədov YAP-dakı dəyişikliklərdən danışdı: “Bizdən öyrənirlər“

05 Mart 2021 16:10

Ağdamın Tağıbəyli kəndindən VİDEOREPORTAJ

05 Mart 2021 16:00

Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir

05 Mart 2021 15:50

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

05 Mart 2021 15:40

6 siyasi partiyanın YAP-a qoşulması nəyə xidmət edir? - AÇIQLAMA

05 Mart 2021 15:40

Peyvənddən sonra qidalanma rejimi

05 Mart 2021 15:30

Dünya Bankı Azərbaycana yardım edəcək

05 Mart 2021 15:20

Azərbaycanlı hücumçu özünü Ronaldo ilə müqayisə etdi

05 Mart 2021 15:20

Sabunçuda narkotik alverçisi saxlanıldı - Video

05 Mart 2021 15:10

YAP İdarə Heyətinin yeni üzvləri - SİYAHI

05 Mart 2021 15:10

Azərbaycanda koronavirusa daha 365 nəfər yoluxdu

05 Mart 2021 15:00

“Biz müğənnilər bir başqa cür əziyyət çəkdik“ - Roza Zərgərli

05 Mart 2021 15:00

“Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik” – İlham Əliyev 

05 Mart 2021 15:00

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - Video

05 Mart 2021 14:50

Azərbaycanda siyasi partiyaların sayı azaldı

05 Mart 2021 14:50

İranda ötən sutka 81 nəfər koronavirusdan öldü

05 Mart 2021 14:40

Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkar edildi

05 Mart 2021 14:40

YAP-ın qurultayından – Fotolar

05 Mart 2021 14:40

Azərbaycanla bağlı səhnələrin yer aldığı filmin premyerası keçiriləcək

05 Mart 2021 14:30

Bakıda daha bir ödəmə terminalı qarət edildi

05 Mart 2021 14:30

Rusiyada koronavirusdan ölənlərin sayı 88 mini ötdü

05 Mart 2021 14:20

“Bizim dövrümüzdə prezidentə sadiq olmayan məmurlar yoxdur” – Ramiz Mehdiyev danışdı 

05 Mart 2021 14:20

Bakıda qadını döyüb pulunu əlindən aldılar

05 Mart 2021 14:10

YAP-ın Veteranlar Şurasının sədri də məlum oldu

05 Mart 2021 14:00

Azərbaycanda 3 dövlət qurumu peyvədlə bağlı birgə məlumat yaydı

05 Mart 2021 13:50

Sabah Bakıda güclü külək olacaq

05 Mart 2021 13:45

ÜST pandemiyanın bitəcəyi tarixi AÇIQLADI

05 Mart 2021 13:25

Şəmkirdə məscidin 17 min manat işıqpulu borcu var

05 Mart 2021 13:15

Rusiya Qarabağa qaytarılan ermənilərin sayını şişirdir

05 Mart 2021 13:00

Qərbi Kaspi Universitetində alman mütəxəssisin vebinarı təşkil edilib

05 Mart 2021 12:55

Ermənistanın yeni Baş Qərargah rəisi kim olacaq?

05 Mart 2021 12:50

DİQQƏT! Azərbaycanda bu qadağa 6 mart saat 00:00-dan etibarən qüvvəyə minir

05 Mart 2021 12:35

Bir sutkada Gürcüstanda koronavirusdan 10 nəfər öldü

05 Mart 2021 12:30

Əmək qanunvericiliyini pozan şirkət cərimələndi

05 Mart 2021 12:30

Azərbaycanda rəzalət: Keçmiş sevgililərinin çılpaq şəkillərini yaydılar

05 Mart 2021 12:20

SON DƏQİQƏ! Operativ Qərargahdan brifinqlə bağlı yeni açıqlama

05 Mart 2021 12:15

Bir gündə 4 avtomobil qaçıran şəxs saxlanıldı

05 Mart 2021 12:10

Təhsil idarəsinin müdirinə müavinlər təyin olundu - Foto

05 Mart 2021 11:55

Namiq Qaraçuxurlunun adından istifadə edərək pul yığırlar - Video

05 Mart 2021 11:30

Ermənistanda bir gündə 7 nəfər koronavirusdan öldü

05 Mart 2021 11:20

Azad Rəhimov səhhəti necədir? - Müavini danışdı

05 Mart 2021 11:10

Monoetnik ölkə olan Ermənistandan fərqli olaraq Azərbaycan...

05 Mart 2021 11:00

“Manaf Ağayev Pişik Günelin adı ilə özünü reklam etdi” - Video

05 Mart 2021 10:50

Azərbaycan dünyada 38-ci yerə yüksəldi - İqtisadi azadlığa görə

05 Mart 2021 10:40

Mars planetinin yeni şəkilləri yayıldı

05 Mart 2021 10:30

Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı – Fotolar

05 Mart 2021 10:25

2 500 erməni rusların “qaynar xətt”inə zəng edib

05 Mart 2021 10:20

5 mart: Tarixdə necə qalıb?

05 Mart 2021 10:10

Meydanı xərəkdə tərk edən Məsut Özilin durumu necədir?

05 Mart 2021 09:55

Azərbaycan nefti yenə bahalaşdı

05 Mart 2021 09:30

Bu qadınların milyardlarla pulu var

05 Mart 2021 08:10

Ermənilər meyit axtarır

05 Mart 2021 07:45

Ermənilər meyit axrtarır

05 Mart 2021 07:40

Nazir helikopterin qəzaya uğramasının səbəbini açıqladı

05 Mart 2021 07:30

Putinin müəmmalı qonağı - Gecə saatlarında Kremldə gizli görüş

05 Mart 2021 02:10

Türkiyədə koronavirusdan daha 68 nəfər öldü - Foto

05 Mart 2021 01:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən COVAX-la bağlı açıqlama

04 Mart 2021 22:30

Millimizin baş məşqçisi qələbəni şərh etdi

04 Mart 2021 21:55

“Bir-iki gün dözcəklər sonra Rusiya köməyə gələcək” - Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda

04 Mart 2021 21:00

Xarici vətəndaşlara məcburi şəkildə bu üsulla koronavirus testi ediləcək - Şok iddia

04 Mart 2021 20:20

Məleykə Əsədova peyvənd olundu - Foto

04 Mart 2021 20:00

Zəngilanın Keçikli kəndindən VİDEO

04 Mart 2021 19:20

Bakıda hazırda bu yollarda tıxac var - Siyahı

04 Mart 2021 18:40

“iPhone“ların təhlükəli cəhəti aşkarlandı

04 Mart 2021 18:10

Bakının “Park İnn” hotelində məşhurlar karantin qaydalarını pozdu - Video

04 Mart 2021 18:10

Cənubi Koreyanın ilk trans əsgəri evində ölü tapıldı

04 Mart 2021 18:00

“Qurdlar vadisi“nin rejissoru Qarabağdan film çəkəcək

04 Mart 2021 17:40

“Bunu görməyənlər kordur” – Səfər Mehdiyev inkar etdi 

04 Mart 2021 17:30

Bir sıra istiqamətlərdə ictimai nəqliyyatın hərəkəti dəyişdiriləcək

04 Mart 2021 17:10

Karantini pozan çay evi aşkarlandı - İcarədarı və müştəriləri cərimələndi

04 Mart 2021 17:00

Bakıda yeni zavod istifadəyə veriləcək

04 Mart 2021 16:40

“Onlar bizim mahnıları oxuyaraq tanındılar“ - Cavanşir Quliyev

04 Mart 2021 16:30

İranda koronavirusdan ölənlərin sayı 60431 nəfərə çatdı

04 Mart 2021 16:10

Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək

04 Mart 2021 16:00

“Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır“ - Kamil Zeynallı

04 Mart 2021 15:50

İlhamə Quliyevanın oğlu Azərbaycandan köçdü

04 Mart 2021 15:30

Rusiyalı gimnast bu şəkillərlə gündəm oldu - Fotolar

04 Mart 2021 14:45

Beynəlxalq elmi arenada ən çox istinad edilən azərbaycanlı gənc alim - Foto

04 Mart 2021 14:40

Ramiz Mehdiyevin bankı bağlanır?

04 Mart 2021 14:40

Koronavirus pandemiyasını kim daha asan keçirir?

04 Mart 2021 14:30

“Cavan oğlanlardan evlilik təklifi almışam“ - Nazpəri + Video

04 Mart 2021 14:20

Avtomobillərin gömrük rüsumu endiriləcək – Səfər Mehdiyevdən açıqlama

04 Mart 2021 13:50

Millimizin oyunçuları kuryer, taksi sürücüsü və naxırçılıq edir

04 Mart 2021 13:30

Şəbnəmdən ETİRAF: “Polisin gözünün qabağında...“ - Video

04 Mart 2021 13:20

Ronaldo oğluna görə niyə narahatdır? - Həbib açıqladı

04 Mart 2021 13:10

Gömrükdə “ilişib” qalan bağlamalar: Komitə deyir “bizlik deyil…”

04 Mart 2021 13:00

“Allaha and olsun, əlavə biznesim yoxdur” - Manaf Ağayev + Video

04 Mart 2021 12:50

Ermənilər daha bir mahnımızı oğurladılar - Bu dəfə istintaqa cəlb olundular + Video

04 Mart 2021 12:10

Qaraciyər sirrozunun qeyri-adi əlamətləri açıqlandı

04 Mart 2021 12:00

İnfeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsulu

04 Mart 2021 11:20

Koronavirusun mutasiyaları gözlənilməzdir - Qorunma tədbirləri davam etdirilməlidir

04 Mart 2021 09:55

Sürücülərin nəzərinə! 40 manat cərimə oluna bilərsiniz - VİDEO

04 Mart 2021 09:35

Azad Rəhimov xəstəliyi “nokaut”a salıb

04 Mart 2021 08:35

İkinci əl avtomobil alan şəxslər bu cür aldanır

04 Mart 2021 01:15

Portuqaliya - Azərbaycan oyunu “Yuventus“un stadionunda

03 Mart 2021 22:55

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşdü - Fotolar

03 Mart 2021 19:45

Bu aeroportdan hər gün 501 təyyarə havaya qalxır

03 Mart 2021 17:45

Azərbaycanda tanınmış yazıçı koronavirusa yoluxdu

03 Mart 2021 14:45

Tanınmış yazıçı koronavirusa yoluxdu - Foto

03 Mart 2021 14:25

Sabiq deputat DTX-da dindirilib

03 Mart 2021 11:45

Diqqət! Bu VPN-i istifadə etmiş şəxslərə pis xəbər - VİDEO

03 Mart 2021 08:50

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi

03 Mart 2021 08:30

Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazandı - Foto

02 Mart 2021 23:50

Bakının bu ərazilərində hazırda tıxac var - SİYAHI + FOTOLAR

02 Mart 2021 19:00

Səkinə İsmayılovanın həyat yoldaşı dünyasını dəyişdi

02 Mart 2021 17:10

Azərbaycanda Ramazan ayı nə vaxt başlayır? - QMİ-dən AÇIQLAMA

02 Mart 2021 16:30

Nazir Qəhrəmanı özünə müşavir təyin etdi

02 Mart 2021 16:20

Ərdoğan tapşırığı ilə Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkiləcək

02 Mart 2021 15:05

Yazıçılar Birliyinin qurultayının vaxtı açıqlandı

02 Mart 2021 13:35

Afaq Bəşirqızının səhhəti pisləşdi - “Danışmaq istəmirəm...“

02 Mart 2021 12:05

Bu sürücülər 50 manat cərimə olunacaq – Xəbərdarlıq

02 Mart 2021 08:35

“İnstagram”da yeni funksiya yaradılır

02 Mart 2021 00:05

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

01 Mart 2021 23:05

Dövlət Xidməti ilə TİKA arasında memorandum imzalandı - Fotolar

01 Mart 2021 17:00

Moped sürənlərin nəzərinə - 100 manat cərimələnə bilərsiniz! 

01 Mart 2021 08:40

“Azercell” ilə “TikTok” indi daha əlçatandır! 

26 Fev 2021 21:00

 “Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi 

25 Fev 2021 13:15

Qara görə qiymətləri ceyran belinə qalxan taksilər - VİDEO

25 Fev 2021 09:35

Sumqayıtda susuz və işıqsız qalan sakinlər – VİDEO

25 Fev 2021 09:25

Yeni qaydalara əməl etməyənlər ismarıc göndərə bilməyəcək

24 Fev 2021 16:05

Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA 

24 Fev 2021 15:25

Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı

24 Fev 2021 08:35

“Məktəbli formasının rənginə uyğun hicab da müəyyənləşdiriməlidir”

23 Fev 2021 09:10

Yeni sürücülük vəsiqələrinin hansı özəllikləri var? - VİDEO

23 Fev 2021 08:50

Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək - TKA rəhbəri

21 Fev 2021 12:45

“Akıncı”nın müdhiş qabiliyyəti açıqlandı - Fotolar

21 Fev 2021 09:55

Sən çoban ola bilərsən, amma biz qoyun deyilik...

09 Fev 2021 12:20

Xanlar Vəliyevin “Tik-Tok” istinadı və Hərbi Prokurorluğun “görmədiyi” qanunsuzluqlar...

05 Fev 2021 22:20

Azad etdiyimiz Şuşanın yeni işğal planı: Gözümüzü dörd açaq

02 Fev 2021 11:55

Dövlət qurumundan yaslarla bağlı açıqlama

30 Yan 2021 11:45

Elton Məmmədovun zəncirvari karyerası

30 Yan 2021 11:00

Şəhid məzarlarının yerini dəyişmək günahdır? - İlahiyyatçıdan AÇIQLAMA

28 Yan 2021 17:20

Sizin 2 hektarda villanız olsun, şəhidlərin 2 metrlik “ev”i...

28 Yan 2021 12:10

Erməninin köhnə bayatısına İran naziri etiraz etmədisə...

27 Yan 2021 19:40

Azərbaycanda “intihar mələyi” dolaşır

27 Yan 2021 10:10

10 dekabr 2020-ci ildə bir də canlanan xatirələr - İndi Arazın o tayında...

26 Yan 2021 23:10

“Necə razı olaram ki, kimsə gəlib ata-baba torpağımda ev tiksin?“

26 Yan 2021 16:20

Roma Papası Şeyxin məktubuna nə cavab verib? - Foto

19 Yan 2021 18:30

İlham Nəsirovun şirkəti azərbaycanlıları kölə qiymətinə işlədir - Fotolar

14 Yan 2021 17:50

Müharibədə kişilər ölür, amma itirən qadınlar olur

13 Yan 2021 15:50

“Evim dağılıb, icra başçısı məni qəbul etmir” - Gəncə vurulanda sol gözünü itirən qadın

09 Yan 2021 21:05

Udinlər növbəti dəfə Kəlbəcərdəki Xudavəng monastırında olublar - Fotolar

08 Yan 2021 21:55

Prezidentin Sərəncamı düzgün icra olunmur – Ağdam İcra Hakimiyyətindən şikayət - VİDEO

08 Yan 2021 09:05

İntellektual baza dağıdılıb, indi onu yeniləməyə ciddi ehtiyac var - Qulu Məhərrəmli

06 Yan 2021 17:40

İranın fars məscidi kimi təqdim etdiyi “Gövhər Ağa” haqda fərqli açıqlama

06 Yan 2021 12:50

Zərdabın icra başçısı şəhid ailəsini təhqir etdi, torpağını əlindən aldı – VİDEO + FOTOLAR

06 Yan 2021 10:15

“Göyçayın icra başçısına müraciət etsək də...” – Qazi ailəsi ağır durumda

04 Yan 2021 09:40

Yeni ilin ilk günü şəhidləri yad etdilər - Fotolar

01 Yan 2021 18:50

İcra başçısından Prezidentə daha bir şikayət: “Qazilərə və şəhid ailələrinə...” - Fotolar + Video

30 Dek 2020 14:18

Ermənilərin Xudavəng təxribatı haqda açıqlama

30 Dek 2020 14:18

İcra başçısından Prezidentə daha bir şikayət: “Qazilərə və şəhid ailələrinə...” - Fotolar + Video

22 Dek 2020 10:20

Ermənilərin Xudavəng təxribatı haqda açıqlama

05 Dek 2020 12:30

“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq” Prezidentlə MÜSAHİBƏ

19 May 2020 17:25

“Mühacirət həyatı 30 ildən sonra məni də “əzdi”” MÜSAHİBƏ

19 May 2020 16:00

Şəhid abidələrimiz Natavan, Hacıbəyli, Bülbül gec-tez Qarabağa qayıdacaq - Jalə Əliyeva

19 May 2020 15:55

“Vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:35

“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:30

“Cəmiyyətin ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 13:40

“İndi xalq bizdən əsər yox, adamlıq gözləyir”  Əkrəm Əylisli ilə MÜSAHİBƏ

17 May 2020 09:00

Qeydə alınan partiyanın sədri planlarını AÇDI: “Biz o boşluğu doldurmağa çalışacağıq” MÜSAHİBƏ

15 May 2020 09:45

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir” MÜSAHİBƏ

14 May 2020 17:00

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir”

14 May 2020 14:55
All