Pakistandan üzücü xəbər: 7 nəfər öldü, 16 yaralı var

Pakistandan üzücü xəbər:

Pakistandan üzücü xəbər: 7 nəfər öldü, 16 yaralı var

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində leysan yağışları nəticəsində azı 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

Polemika.az xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva vilayətində təbii fəlakətlərin idarə olunması departamentinə istinadən məlumat yayıb.

Bildirilir ki, cümə günündən bəri güclü yağışın səbəb olduğu torpaq sürüşməsi və damın çökməsi baş verib. Nəticədə insanlar ölüb. Ölənlər arasında qadın və uşaqların olduğu bildirilir.

Eyni zamanda bildirilir ki, ən azı 19 ev və tikili qismən zədələnib və ya tamamilə dağılıb.

Xilasetmə əməliyyatları hələ də davam edir. Xilasedicilər torpaq sürüşməsi nəticəsində bağlanan bir neçə yolu təmizləyib./APA

Pakistandan üzücü xəbər: 7 nəfər öldü, 16 yaralı var