Özünü Qarabağ qazisi adlandırıb polisi söydü, həbs olundu

Özünü Qarabağ qazisi adlandırıb polisi söydü, həbs olundu

Özünü Qarabağ qazisi adlandırıb polisi söydü, həbs olundu

Paytaxtın Səbail rayonunda yol polis əməkdaşlarına hərbi mundirdə özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim etməklə ictimai qaydanı pozan şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. 

Polemika.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Səbail DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün xanım sürücünün idarə etdiyi avtomobilə “saxla” işarəsi verilib. Bu zaman yoldan ötən hərbi geyimli şəxs polis əməkdaşlarına yaxınlaşaraq qadının həyat yoldaşı oluğunu və özünün da qazi olduğunu bildirərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərib. 

İctimai qaydanı pozan şəxs – Xansu Quliyev əraziyə çağırılan naryad qrupu tərəfindən ərazi polis bölməsinə təhvil verilib. Onun barəsində bölmədə aparılan araşdırmalarla müəyyən olunub ki, o, ümumiyyətlə hərbi mükəlləfiyyətli deyil, heç vaxt ordu sıralarında xidmət etməyib. 

Həmin hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsinin tərkib əlamətləri olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə X.Quliyev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 15 sutka müddətində inzibati qaydada həbs edilib.

Özünü Qarabağ qazisi adlandırıb polisi söydü, həbs olundu