Özermandan masaj iddialarına cavab

Özermandan masaj iddialarına cavab

Özermandan masaj iddialarına cavab

“Best model of Turkey” yarışmasının təşkilatçısı Erkan Özerman haqqında səsləndirilən iddialara münasibət bildirib.

Polemika.az xəbər verir ki, iştirakçılardan Elmas Yıldızla Barış Arslanın Özermanı masaj etməyənlərin yer tutmaması ilə bağlı söylədiklərinə təşkilatçı “Söyləməzsəm olmaz” verilişinə qoşularaq cavab verib:

“Şər-böhtan ataraq, yalan söyləyərək “yarışda haqqı tapdanan bir insan” kimi ortaya çıxırlar. Masaja çağırdı deyirlər. Yalandır! Münsiflərlə danışdım deyir, 67 münsiflə necə danışmısan? Belə insanlar televiziyalara çıxıb qəzetlərdə yayımlanırlar. Mənim təəssüfləndiyim budur. Sonradan “Erkan Özerman masaja çağırdı demədim” deyir. Mən ortalıqda belə yoxam!”. 

Xatırladaq ki, Elmas Yıldız “müsabiqə iştirakçıları telefonlarına gələn mesajla Özermana masaja çağırılırlar, masaja getməyənlər yarışda yer tutmurlar” iddiasını irəli sürmüşdü. Barış Arslan da Elmasa dəstək olaraq belə mesajların kişi iştirakçılara da göndərildiyini bildirmişdi./Qafqazinfo

Özermandan masaj iddialarına cavab