“Oxumaq üçün anamın qarşısında diz çökdüm“ - Həmidə Ömərova
Xalq artisti Həmidə Ömərova şəxsi həyatıyla bağlı maraqlı faktlar açıqlayıb.
Polemika.az xəbər verir ki,aktrisa stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında ailəsindən danışıb. Həmidə xanım deyib ki, anasının çox sərt xasiyyəti olub:
"Valideynlərim rəsmi ayrılanda 15 yaşım var idi. Atamın ikinci ailəsi oldu. Çox yaxşı ögeybacı və qardaşlarım var. Onlara ögey demirəm, çox yaxşıdırlar. Biz doğmayıq. Ögey anam çox yaxşı qadın olub. O, dünyasını dəyişəndə o qədər ağlamışam ki... Anam sağ olanda qoymurdu onlarla görüşüm".
Həmidə Ömərova atasından da danışıb: "17 yaşıma qədər atam mənə məktublar yazırdı, amma anama görə onları görmürdüm. Onun başqa həyatı var idi. Günlərlə mübahisəmiz olurdu, Moskvaya oxumağa getdim. İcazə almaq üçün anamın qarşısında diz çökdüm. Bilərəkdən ki, anamın xasiyyəti sərtdir, aktrisalıq addımı atdım. Deyirdi, bizim nəsildə aktrisa yoxdur, olmaz. Həkim, müəllimə ol. Dedim, mənim üçün maraqlı deyil".