“Övlad sahibi olmaq istədim, bunu çox şişirtdilər” - Mehriban Xanlarova

“Övlad sahibi olmaq istədim, bunu çox şişirtdilər” - Mehriban Xanlarova

“Övlad sahibi olmaq istədim, bunu çox şişirtdilər” - Mehriban Xanlarova

Əməkdar artist Mehriban Xanlarova Azad Azərbaycan televiziyasındakı etirafı ilə diqqət çəkib.

Polemika.az xəbər verir ki, Mehriban Xanlarova bu sözləri deyib:

"Gizlətməyimin mənası yoxdur. Bunu hər kəs bilir. Bir ara hətta övlad sahibi olmaq istədim. Düzdür, bunu çox çox şişirtdilər. Xarici ölkələrdə 60-70 yaşında ana olan qadınlar var. Ana olmaq ayıb deyil".

Əməkdar artist uşaqlara olan sevgisini belə izah edib:

"Mənə ətrafdan dəlisov kimi baxmaq olar, amma yüz uşağın içində olsam belə hər birinə eyni qaydada baxaram. Şərt deyil ki, deyirlər filankəsin övladı yoxdur. Mənə bir bağçanı versinlər, hamısına baxaram. Uşaqları o qədər sevirəm".

“Övlad sahibi olmaq istədim, bunu çox şişirtdilər” - Mehriban Xanlarova