Ovçudan ov da, şikar da müsadirə olundu

Ovçudan ov da, şikar da müsadirə olundu

Ovçudan ov da, şikar da müsadirə olundu

Masallıda ov üçün təyin edilməyən yerdə ovçuluq edən rayon sakini S.Tahirov saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Tahirovdan 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkarlanıb.

Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Ovçudan ov da, şikar da müsadirə olundu