“Orda qərarı Nikol vermir: azərbaycanlılar niyə narahatdır?”

“Orda qərarı Nikol vermir: azərbaycanlılar niyə narahatdır?”

“Orda qərarı Nikol vermir: azərbaycanlılar niyə narahatdır?”

Məncə, Paşinyanın KTMT-yə sədrliyi Moskvanın Qarabağ nizamlanması ilə bağlı mövqeyinə heç bir şəkildə təsir etməyəcək və Azərbaycan cəmiyyətinin bununla bağlı narahatlığı, fikrimcə, əsassızdır.

Polemika.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“İrəvanın artıq sərhəd bölgəsində nə qədər təxribat törətdiyini və KTMT-yə nə qədər çağırışlar edildiyini bilirik. Bu təşkilat həmişə vəziyyəti aydın başa düşüb və özünü manipulyasiya etməyə imkan verməyib. Təbii ki, Paşinyanın Qazaxıstan iğtişaşları zamanı etdiyi hərəkətlər bir çoxlarını onun Kremllə “hərtərəfli dəstək” barədə razılığa gəldiyini düşünməyə vadar etdi, lakin bu, heç də belə deyil. Hesab edirəm ki, əksinə, Ermənistanın baş naziri elə vəziyyətə salınıb ki, o, Moskvaya tam sədaqətini - o cümlədən Azərbaycanla münasibətlərin tənzimlənməsi məsələsində - göstərməlidir.

Ermənistanın KTMT-də əhəmiyyəti minimaldır və onu şişirtməyə ehtiyac yoxdur. Bütün strateji qərarlar Rusiya tərəfindən verilir və fikrimcə, yeni təxribatlara lazımi diqqət yetiriləcək. Amma şübhə etmirəm ki, nəticələr Ermənistanın xeyrinə olmayacaq, çünki başa düşürük ki, İrəvana tam etibar etmək olmaz. Çünki Ermənistanın siyasi isteblişmentində lazım olan komanda birliyi yoxdur. Xüsusilə də Qazaxıstanda baş verən hadisələr fonunda”, - Mixaylov bildirib.

“Orda qərarı Nikol vermir: azərbaycanlılar niyə narahatdır?”